Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə


24.08.2025  00:17 

Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi şərtləri - Kiyev nələrdən çəkinməlidir?





A+  A-

"Təhlükəsizlik zəmanətlərini təmin etmək üçün Ukrayna neytrallığını qorumalıdır".

XəzərNews.az Publika.az-a istinadən xəbər verir ki, bunu amerikalı siyasi şərhçi Robert Barns "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Təhlilçi vurğulayıb ki, Ukrayna öz bitərəf statusunu qoruyub saxlamalı, öz ərazisində xarici silahlı qüvvələri yerləşdirməkdən imtina etməli və heç bir hərbi ittifaqda iştirak etməməlidir.

Barns tarixi nümunələr gətirib. O bildirib ki, oxşar təminatlar Belçikaya 1839-cu ildə, Avstriyaya 1955-ci ildə və Laosa 1962-ci ildə verilib. Bu halların hamısında ölkələr təhlükəsizlik zəmanətləri almamışdan əvvəl yuxarıda göstərilən şərtlərlə razılaşmışdılar.

ABŞ hesab edir ki, Avropa Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində aparıcı rol oynamalıdır. Eyni zamanda, Vaşinqton amerikalı pilotların Ukraynanın hava məkanında patrul etməsi imkanını nəzərdən keçirir. Eyni zamanda, NATO xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra da Ukrayna silahlı qüvvələrinin gücləndirilməsini davam etdirmək niyyətində olduğunu vurğulayır.

Eyni zamanda, Moskva Rusiya üçün təhlükə yarada biləcək təhlükəsizlik zəmanətləri ilə bağlı istənilən razılaşmanın qəti əleyhinədir.

Xəbər 617 dəfə oxunub.



25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +