Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


18.04.2018  15:19 

OPEC Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir





A+  A-

OPEC Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün mümkün yeni perspektivləri araşdırmaq niyyətindədir.
XəzərNews.az xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo Azərbaycan Prezidenti İlham Əliyevə yenidən ölkə başçısı seçilməsi münasibətilə ünvanladığı məktubda bildirir.
Martın 18-19-da Azərbaycana səfərini xatırladan Barkindo yazır: “Azərbaycanda Sizinlə apardığımız müzakirələr çox məhsuldar və əhatəli olmaqla yanaşı, həm də geniş imkanlar vəd edir. Beləliklə, Neft İxrac edən Ölkələr Təşkilatının üzv ölkələri olaraq gələcəkdə də Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün mümkün yeni perspektivləri araşdırmaq niyyətindəyik”.

Məhəmməd Barkindo 2016-cı ildə neft hasilatınınin azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannaməsi”nin qəbul edilməsində Azərbaycanın fəal və konstruktiv rolunun danılmaz olduğunu qeyd edir. Bildirir ki, Azərbaycanın və digər neft ixrac edən ölkələrin nümayiş etdirdiyi dəstək və həmrəylik bu gün dünya neft bazarında sabitliyin bərpa edilməsində əhəmiyyətli rol oynayır.

Xəbər 1448 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +