Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


29.03.2018  13:54 

Saxta içki hazırlayanlar ifşa olundu





A+  A-

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən insan sağlamlığına ciddi təhlükə yaradan saxta, tərkibi məlum olmayan spirtli içkilər hazırlayan şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat-tədbiri həyata keçirilib.
XəzərNews.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində xarici dövlətlərdə istehsal olunaraq Azərbaycana idxal edilən spirtli içkilərin ölkə daxilində saxta nümunələrini eyni adlar altında qanunsuz olaraq hazırlayan Bakı şəhər sakini Cabir Həsənov və qohumu Dadaş Həsənov saxlanılıblar.

Saxlanılan şəxslərə məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli anbara və sexə baxış zamanı külli miqdarda saxta “Stoliçnaya”, “Absolut” araqları, “Jack Daniels” və “Chivas regal” viskiləri, bu içkilərin hazırlanmasında istifadə edilən mənşəyi məlum olmayan spirt, külli miqdarda aksiz markalar, etiketlər, qapaqlar və digər avadanlıqlar aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, qanunsuz yolla hazırladıqları saxta spirtli içkilərin Bakı şəhəri və respublikanın rayonlarında satışını təşkil etmək istəyiblər. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində onların bu niyyətlərinin qarşısı alınıb.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan spirtli içkilər keyfiyyətsiz, istifadəyə tam yararsız və ən əsası insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

Xəbər 1476 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +