Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


23.11.2017  13:28 

Spiker xanım deputata irad tutdu





A+  A-

Deputat Aytən Mustafayeva plenar iclasda əlillər üçün Milli Məclisdə imkanların olmaması məsələsindən yenidən gileylənib.
XəzərNews.az xəbər verir ki, o qeyd edib ki, bu gün cəmiyyətdə fiziki əlillər arasında aktiv olanların sayı artıb: “Rusiyadan əlil qonaqlar gələndə onları Milli Məclisə dəvət edə bilmirəm. Çünki burada imkan yoxdur ki, elə adam parlamentin binasına daxil olub burada hərəkət etsin. Bu tək pandusla qurtarmır. Liftlərin enliyi, pilləkənlərin az olması, ayrıca tualetlərin olması kimi məsələlərdir. Bunlara diqqət yetirmək lazımdır”.

Spiker Oqtay Əsədov isə deputatın çıxışına reaksiya verib:

“ Siz keçən dəfə də bu məsələni qaldırmısınız. Axırıncı dəfə 2012- ci ildə tikilmiş Milli Məclisin binasına nə vaxt daxil olmusunuz? Həmin binada bütün şərtlər yerinə yetirilib. O binada indiyə kimi bir adam qəbul etmisiniz? İstənilən fiziki məhdudiyyətli adam ora girə bilər. Xahiş edirəm ki, diqqətlə baxın, sonra gəlib belə məsələlər qaldırarsınız”.

Xəbər 1609 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +