Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


02.10.2017  11:05 

Şamaxıda dəhşətli qəza - 3 nəfər ölüb, yaralılar var





A+  A-

Şamaxı rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfərin hadisə yerində öldüyü, 3 nəfərin ağır xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Hələlik ölənlərin və xəsarət alanların kimliyini müəyyən etmək olmayıb. Hazırda yol polisi əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, qəza nəticəsində vəfat edən 3 nəfər Ağsu rayon sakinləridir. Yaralı olan 3 nəfər isə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta ağırdır.

***

Ölənlərdən biri 18 yaşlı qızdır.

Xəbər 1525 dəfə oxunub.



24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +