Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


01.10.2017  17:28 

Kataloniyada yaralıların sayı 337-yə çatıb





A+  A-

Bu gün İspaniyanın Kataloniya bölgəsində müstəqillik keçirilməsi nəzərdə tutulub.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq dünəndən etibarən referendum tərəfdarları küçələrə axışaraq növbə çəkməyə başlayıblar. Bir çoxları səsvermənin keçiriləcəyi məntəqələrdə gecələyiblər.

Bəzi şəhərlərdə isə referendum əleyhdarları da aksiya keçiriblər.

Məlumata görə, İspaniya polisi seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan 2315 məktəbdən 1300-nü bağlayıb.

Kataloniya hökuməti isə bütün təzyiqlərə və məhdudiyyətlərə baxmayaraq referendumu keçirməkdə israrlıdır.

Qeyd edək ki, 46 milyon əhalisi olan İspaniyanın Kataloniya bölgəsində 7,5 milyon nəfər yaşayır.

***

Kataloniyada səsvermə başlayıb. Hazırda 1000-ə yaxın məntəqədə səsvermə həyata keçirilir.

***

Seçkini əngəlləməyə çalışan polislə kataloniyalılar arasında toqquşma baş verib. Polis seçcilərə dəyənək, bibər qazı və su şırnaqları ilə sərt müdaxilə edib.

Etirazçılar arasında çoxlu sayda yaralı və həbs edilən var.

***

Son məlumatlara görə, polislərin sərt müdaxiləsi nəticəsində 38 nəfər yaralanıb. Onlardan 3 nəfərin vəziyyəti ağırdır.

Barselona şəhə bələdiyyə sədri Ada Kolau İspaniya baş naziri Mariano Rajoyu istefaya çağırıb. O, polisin kataloniyalılara qarşı şiddət tədbirlərini dayandırmağı tələb edib.

***

Kataloniya hökumətinin sözçüsü Yordi Turull baş verən toqquşmalar nəticəsində 337 nəfərin yaralandığını açıqlayıb.

Xəbər 1605 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +