Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


16.02.2023  17:13 

Nikol Paşinyanın bəyanatı: Regionda nə baş verir?





A+  A-

Nikol Paşinyanın açıqlamasındakı bir məqama diqqət çəkmək istərdim. Adam deyir ki, beynəlxalq nəzarət altında Dağlıq Qarabağın ətrafında demilitarizasiya zonası yaradılsın. Əgər belə olarsa, Dağlıq Qarabağın bu miqyasda müdafiə ordusuna ehtiyacı olmaya da bilər.

Təbii ki, Azərbaycan bu təklifi həmən rədd edəcək. Zətən erməni tərəfi də elə rədd cavabı almaq üçün bu təklifi irəli sürüb. Sülh müqaviləsinin vaxtını uzatmaq məqsədi ilə Ermənistan Azərbaycan tərəfindən qəbul olunması mümkün olmayan bir şey istəyir...

Bu məsələni bir az incələyək.

Nikol Paşinyan rəsmən etiraf edir ki, qondarma Dağlıq Qarabağın böyük həcmdə ordusu var. Heç şübhəsiz ki, bu ordunun əsas hissəsini Ermənistan ordusunun bölmələri təşkil edir. Üçtərəfli müqaviləyə görə, bütün erməni Silahlı Qüvvələri həmən Azərbaycan ərazisindən çıxarılmalı idi. Əsas olan odur ki, Qarabağda qeyri-qanunu erməni hərbi birləşmələri var və Ermənistan rəhbərliyi Baş nazir səviyyəsində bu faktı etiraf edir.

Haşiyə çıxaraq deyim ki, bu günlərdə Qərb mətbuatında gedən bir məqalədə keçmiş Dağlıq Qarabağda 10 min erməni hərbçisinin olduğu vurğulanmışdı.

İkinci, Ermənistan tərəfi deyir ki, Qarabağ ermənilərinin məsələsi ərazi yox, insan hüquqları məsələsidir.

Əlbəttə, bu, pozitiv yanaşmadır. Ancaq tələ xarakterlidir. Amma yenidən Nikol Paşinyanın fikrinə qayıdıram. Adam istəyir ki, beynəlxalq nəzarət altında demilitarizasiya zonası yaradılsın. Hətta demilitarizasiya zonası yaradıldıqdan sonra da Qarabağdakı qeyri-qanuni silahlı birləşmələr ərazidən çıxarılmır. Sadəcə həmin ordunun miqyası-sayı (bu miqyasda müdafiə ordusuna ehtiyacı olmaya da bilər) kiçilir.

Ermənistan deyir ki, Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa hazırdır. Amma qondarma Dağlıq Qarabağaın əhatəsində beynəlxalq nəzarət altında demilitarizasiya zonası yaratmaqla bu əraziyə xüsusi status qazandırmaq istəyir. Özü də beynəlxalq nəzarət altında...

Nikol Paşinyanın bu bəyanatı bir daha göstərir ki, rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsini Türkiyədəki prezident seçkisindən sonraya saxlayıb. Ümid edirlər ki, Altılı masanın namizədi qalib gəldikdən sonra Türkiyədə Azərbaycana olan münasibət ciddi şəkildə mənfiyə doğru dəyişəcək. Nəticədə Azərbaycan Türkiyənin yeni ermənipərəst iqtidarının və Ermənistanın digər beynəlxalq havadarlarının dəstəyi ilə Qarabağ məsələsində geri çəkilməli olacaq. Hətta münbit şərait olsa, bölgədə qüvvələr nisbətinin dəyişməsindən istifadə edən Ermənistan qondarmaq Dağlıq Qarabağın müstəqilliyinə də nail ola bilər.

Bilirəm, indi bu, çoxlarına fantastik görünə bilər. Amma siyasət o qədər fantastik şeyləri reallığa çevirib ki...

Elbəyi Həsənli

Xəbər 1038 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +