Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


11.01.2022  19:12 

Sülhməramlılar Qazaxıstanı niyə tələsik tərk edir - Səbəb?





A+  A-

Hadisələr o qədər sürətlə dəyişir ki, hətta Putin də tez-tez öz qərarlarını dəyişməli olur.

Fikir verdinizsə, dünən KTMT liderlərinin onlayn-toplantısında Putinin "sülhməramlılar Qazaxıstanda nə qədər lazımdırsa, o qədər də qalacaq" tipində ötkəm açıqlamasını bütün dünya KİV-ləri və ekspertlər Rusiyanın Qazaxıstanı işğal etməsinin təsdiqi kimi dəyərləndirdilər. Bəzi ekspertlər bildirdilər ki, bu gedişlə KTMT qüvvələri hələ uzun müddət Qazaxıstanda qalacaq. Hətta Rusiyanın sürətlə Qazaxıstanda hərbi baza yaradacağını deyənlər də vardı.

Lakin bütün bu proqnozlar elə proqnoz olaraq da qaldı. Çünki nə Rusiya, nədəki onun "patron"luq etdiyi KTMT Qazaxıstanda uzun müddətə "lövbər" sala bilmədi.

Artıq yanvarın 13-dən etibarən KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanılacaq. Və uzağı yanvarın sonunadək bu prosesin tamamlanması gözlənilir. Bəlkə də bir həftəyə tamamlanacaq.

Çünki beynəlxalq təzyiqlər bu dəfə çox güclü oldu. Gözləniləndən də qat-qat güclü oldu. KTMT qoşunlarının "sülhməramlı" adıyla Qazaxıstana yeridilməsini nə BMT, nədəki bütövlükdə dünya ictimaiyyəti qəbul etmədi. ABŞ-ın təzyiqləri isə lap güclü oldu.

Əlbəttə, KTMT qüvvələrinin Qazaxıstandan belə sürətlə çıxarılması qərarının verilməsinin başqa səbəbləri də var.

P.S.
Yeri gəlmişkən, Türk Dövlətləri Təşkilatının (TDT) qaldığı yerdən davam etməsi taktikası düzgün taktikadır. TDT-nın xarici işlər nazirlərinin bu günkü toplantısında Qazaxıstanla bağlı verilən diplomatik-siyasi açıqlamalar da formasına və məzmununa görə düzgün ölçülüb, biçilib.

Bəybala Mirzəyev
XəzərNews.az

Xəbər 1282 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +