Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


21.12.2021  18:08 

Rada qurultaya hazırlaşır





A+  A-

Kiyevdə Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının iştirakı ilə Ukrayna Azərbaycanlıları Radası (UAR) İdarə Heyətinin görüşü keçirilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, görüşdən əvvəl iştirakçılar Ukrayna paytaxtında ulu öndər Heydər Əliyevin adını daşıyan parkda abidəsini ziyarət ediblər, əklil və gül dəstələri düzüblər.

Sonra UAR-ın qərargahında keçirilən iclasda təşkilatın fəaliyyəti, qarşıda duran vəzifələr müzakirə edilib.
DİDK-nın Aparat rəhbəri Daşqın Rəcəbli UAR-ın fəaliyyətini, xüsusilə pandemiya və Vətən müharibəsi dövründə gördüyü işləri yüksək qiymətləndirib.

Qeyd edib ki, təşkilat pandemiya ilə əlaqədar qapanmalar nəticəsində Ukraynada çarəsiz qalmış 700-dək soydaşımıza Komitənin də yardımı ilə dəstək göstərib, onları yer və ərzaqla təmin edib. Ümumilikdə həmin dövrdə Dövlət Komitəsi 7 mindən çox vətəndaşımızın xarici ölkələrdən Azərbaycana təxliyəsi prosesində iştirak edib.

Bundan başqa, 44 günlük Vətən müharibəsi dövründə də dünyadakı bütün soydaşlarımız və diaspor təşkilatlarımız kimi, Ukraynadakı icmamız da istər informasiya savaşına, istərsə də ordumuza böyük maddi-mənəvi dəstəyini göstərməklə hər iki cəbhədə qazandığımız qələbəyə öz töhfəsini verib.

Müharibədən sonra isə Ukraynadakı diasporumuz şəhid ailələri və qazilərimiz üçün “Yaşat Marafonu”na ən çox vəsait köçürən beş ölkədəki icmadan biri olub.
Görüşdə UAR-ın bundan sonra da səmərəli fəaliyyətini təmin etmək məqsədilə təşkilatlanma və birləşmə prosesinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

UAR-ın həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov və İdarə Heyətinin üzvləri çıxış edərək, gələn ilin birinci yarısında Radanın təsis qurultayından sonra ilk hesabat-seçki qurultayının keçirilməsini təklif ediblər.

Eyni zamanda növbəti ildə təşkilatlanma ilə yanaşı, təbliğat işinin gücləndirilməsi, lobbiçilik, soydaşlarımızın inteqrasiyası, hüquqlarının qorunması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər müzakirə edilib və bir sıra vacib qərarlar qəbul olunub.



Xəbər 1692 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +