Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


10.01.2020  14:21 

Trampın səlahiyyətləri məhdudlaşdırıldı





A+  A-

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın qanunvericilər tərəfindən icazə olmadan İrana qarşı Silahlı Qüvvələrdən istifadə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni qəbul edib.
XəzərNews.az-ın “BBC”yə istinadən verdiyi xəbərə görə, demokratlar tərəfindən nəzarət edilən Nümayəndələr Palatası qətnaməni 194 səsə qarşı 224 səslə qəbul edib.

Qətnamə prezidentə Konqresin razılığı verilmədiyi təqdirdə İrana qarşı ABŞ silahlı qüvvələrindən istifadəni dayandırmağı qadağan edir. O, yalnız lazımi silahlı hücumdan qorunmanın zəruri olduğu vəziyyətdə qadağanı poza bilər. Ancaq bu qətnamə Konqresin hər iki palatası tərəfindən qəbul edilsə belə, prezident qanun qüvvəsinə sahib olmadığından ona veto qoya bilməyəcək.

Palatanın spikeri Nensi Pelosi ötən gün çıxışında Prezident Trampın iranlı general Süleymaninin vurulmasını əmr edərkən ABŞ təhlükəsizliyini düşünmədiyini bildirib.

Öz növbəsində Tramp tvitter mikrobloqunda Pelosinin qətnaməsini dəlilik adlandırıb və Konqresdəki bütün respublikaçıların sənədin əleyhinə səs verəcəyinə ümid etdiyini söyləyib.

Xatırladaq ki, yanvarın 3-də Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymani ABŞ hərbçiləri tərəfindən öldürülüb. Onun qətlə yetirilməsi əmri ABŞ Prezidenti Donald Tramp tərəfindən şəxsən verilib. Rəsmi Vaşinqton Süleymaninin zərərsizləşdirilməsini özünümüdafiə kimi izah edib, çünki bundan əvvəl onun rəhbərliyi altında beynəlxalq koalisiya və Amerika səfirliyinə bir neçə hücum təşkil edilib. Tehran da öz növbəsində generalın qətlini terror aktı adlandıraraq qisas alacağını vəd edib.

Xəbər 1442 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +