Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


09.02.2019  13:52 

Maaş artımı daha kimlərə şamil ediləcək?





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev ölkədə minimum əməkhaqqının artırılması barədə sərəncam imzalayıb.
XəzərNews.az xəbər verir ki, sərəncama əsasən, martın 1-dən etibarən minimum əməkhaqqı 180 manat təşkil edəcək.

Sərəncamdan sonra büdcə təşkilatlarında çalışan şəxslərin əməkhaqqına bunun necə təsir edəcəyi ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər bildirilib. Müzakirələrdə iştirak edənlərin əsas sualı bu artımın 200 manat əməkhaqqı alan şəxslərə təsir edib-etməməsi ilə bağlıdır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, maaş artımı xeyli vətəndaşı əhatə edəcək: “Bilirsiniz ki, bizdə vahid tarif cədvəli var. Onların da pilləri var. Bu pillərə uyğun olaraq da hər kəsin maaşı artacaq. Təxminən 450 minə yaxın büdcə təşkilatlarında çalışan işçilərin maaşı artacaq. Eyni zamanda özəl sektorda rəsmi maaşın məbləği 180 manatdan aşağıdırsa, onlar da bunu 180 manata qaldırmağa borcludur. Çünki ölkə üzrə minimum əməkhaqqı hansı məbləğdə müəyyənləşibsə işçiyə ondan aşağı maaş vermək qanunsuzdur. Bununla ölkədə yoxsulluğun səviyyəsi aşağı düşəcək. Bilirsiniz ki, bu gün az maaşla işləyənlərin bir çoxu qadınlardır. Bu sərəncam qadınların əməkhaqqının və gəlirlərinin artmasına xüsusi təsir edəcək. Bu qədər yüksək maaş artımı dünya dövlətlərində çox nadir hallarda olur. Buna təxminən 400 milyon büdcə vəsaiti sərf ediləcək. Mən hesab edirəm ki, bunun cənab prezidentin son illərdə apardığı sosial siyasətin tərkib hissəsi olaraq əhaliyə çox böyük töhfəsi oldu”.

Qeyd edək ki, ötən gün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də REAL TV-nin efirində qonaq olub. Əhalini maraqlandıran bir neçə məqamı izah edib.

Nazir bildirib ki, bu artım 600 min insanı əhatə edəcək: “Bunlardan 450 mini dövlət sektorunda işləyən, 150 mini özəl sektorda işləyənlərdir. Artım 450 mini əhatə etdiyi üçün, nəinki maaşı 180 manata qədər olan insanlara təsir edəcək, ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə vahid tarif cədvəli üzrə işləyən bütün şəxsləri əhatə edəcək. Çünki bu cədvəl 19 pillədən ibarət əməyin ödənişi sistemidir. Və onun birinci pilləsi artıq 180 manat müəyyən ediləndə növbəti pillələr artımla gedir. İkinci pillə 180 manatdan 2.5-3 faiz daha çox, üçüncü pillə isə bundan da çox təşkil edir.

Minimum əməkhaqqı nəinki az maaş alan insanlara töhvə verdi, bu, vahid cədvəl üzrə işləyən 450 min nəfərə də şamil edildi. Orta hesabla onların əməkhaqqısı 30 faiz artacaq. Özəl sektorda olanlar üçün də zəncirvari effekt olacaq.

Qeyd edim ki, 150 min ilkin rəqəmdir, bu, bir çox insanın əməyinə təsir edəcək. Birbaşa gəlirlər artacaq, onların sosial müdafiələri güclənəcək”.

Xəbər 1091 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +