Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


18.07.2018  16:43 

İki nazirlik cərimələrin məbləğini AÇIQLADI





A+  A-

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər dənizinin sahil zolağında sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Xaçmaz rayonu ərazisində reydlər keçiriblər.
XəzərNews.az xəbər verir ki, qeydlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 12 fiziki və 1 hüquqi şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 9.400 manat təşkil edib.

Ümumilikdə cari ilin 6 ayı ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 493 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib, onlara ümumilikdə 37.950 manat cərimə tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər 1878 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +