Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


09.06.2017  12:09 

DTX əməliyyat keçirdi: “Reket” baş redaktor tutuldu





A+  A-

"İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasov hədə-qorxu yolu ilə tələb etmədə ittiham olunaraq həbs edilib.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində "İrəvan Press" qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

A.Abbasovun "reket jurnalistika" ilə məşğul olması barədə daha öncə də mediada məlumatlar yayımlanmışdı. Etibarlı mənbədən alınmış məlumata görə, A.Abbasovun həbsi DTX-də "reket jurnalistika"ya qarşı aparılan əməliyyat-istintaq tədbirlərinin davamıdır.

Qeyd edək ki, "İrəvan Press" qəzeti və saytı Azərbaycan Nəşriyyatında yerləşir və orada zəruri istintaq tədbirləri keçirilib.

Xəbər 1328 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +