“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


23.09.2020  16:24 

Daha bir futbolçu “Barselona”nı tərk etdi





A+  A-

"Vulverhempton" klubu "Barselona"nın oyunçusu Nelson Semedonu heyətinə qatıb.
XəzərNews.az xəbər verir ki, portuqaliyalı oyunçu 28 milyon funt sterlinqə (37 milyon dollar) Premyer Liqa klubuna transfer olub. "Barselona"nın rəsmi saytı Çərşənbə günü bu barədə paylaşım edib.

"Barselona" və "Vulverhempton" klubu futbolçu Nelson Semedonu transfer etmək üzrə razılığa gəldi", - deyə bildirilib.

Nelson Semedo sosial şəbəkə hesabında "Barselona" rəhbərliyinə və komanda yoldaşlarına təşəkkür edib:

“Barselona”ya xəyallarımı gerçəkləşdirməyə - bu formanı geyinməyə, “Kamp Nou”da oynamağa, dünyanın ən yaxşı klubunda öyrənməyə və əylənməyə şərait yaratdığı üçün təşəkkür edirəm. Həm oynamağıma, həm də şəxsən böyüməyimə köməklik etdiyiniz üçün minnətdaram. “Barselona”ya gəldiyim vaxtdan mənim yanımda olan həmkarlarıma, klub işçilərinə və bütün insanlara təşəkkür edirəm”.

Xəbər 2556 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +