Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu


05.04.2021  12:37 

Estoniyada “Sputnik V” ilə peyvənd olunanlara pasport verilməyəcək





A+  A-

Estoniya hökuməti Rusiya istehsalı “Sputnik V” koronavirus peyvəndi ilə vaksinasiya olan vətəndaşlara peyvənd pasportu verməkdən imtina edib.
XəzərNews.az xəbər verir ki, bu barədə respublikanın sosial işlər nazirinin müavini Kallo Killar açıqlama verib. O bildirib ki, dövlət yalnız Avropa tənzimləyiciləri tərəfindən təsdiqlənmiş və Avropa İttifaqında (AB) satış icazəsi almış peyvəndlərlə immunizasiyanı tanıya bilər.

“Sputnik V” bunların arasında deyil, buna görə də onu məlumat sisteminə əlavə edə bilmərik”,- deyə nazir qeyd edib.

Bununla belə Kallo Killar bu qərarın gələcəkdə Rusiya peyvəndi ilə vaksinasiya olunan vətəndaşlara beynəlxalq səyahətlərdə problemlər yarada biləcəyini etiraf edib.

Öz növbəsində, Estoniyanın sahibkarlıq və informasiya texnologiyaları naziri Andres Sutt peyvəndləmə pasportlarının Avropada 15 iyundan etibarən etibarlı olacağını bildirib. Ölkə may ayında sənədləri verməyə başlamağı planlaşdırır. Sənədin tətbiq dairəsi hələ dəqiq müəyyənləşdirilməyib, lakin vətəndaşların Avropa İttifaqı daxilindəki sərhədləri sərbəst keçməsinə imkan verə biləcəyi məlumdur.

Xatırladaq ki, daha əvvəl Estoniya Prezidenti Kersti Kalyulayd ölkədə Rusiya peyvəndinin istifadəsinə preparatın Brüsseldə təsdiqlənməsindən sonra icazə veriləcəyini açıqlamışdı. Tallinn meri Mixail Kilvart isə tənzimləyicilərin mövqeyindən asılı olmayaraq, ölkəyə dərmanı tədarük etməyə başlamağa çağırmışdı.

Xəbər 1938 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +