Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


16.01.2024  20:49 

Azad olunmuş ərazilərdə 22 minə yaxın seçici var





A+  A-

Azad olunmuş ərazilərdə 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir.

Xəzərnews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Ərazi-təşkilat məsələləri şöbəsinin müdirinin müavini Niyaz Əliyev jurnalistlərə açıqlamasında deyib.

Niyaz Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezident Adminstrasiyası rəhbərinin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdədirlər və bu ərazilərdə seçkilərə hazırlığın vəziyyətini öyrənirlər: “Azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi təşkil edilib. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır”.

O əlavə edib ki, Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə bir yerdə işğaldan azad edilmiş ərazilərdəki seçki məntəqələrinin monitorinqi keçirilir: “Bütün seçki məntəqələrinin maddi-texniki təchizat məsələləri öz həllini tapıb. Seçki məntəqələri etibarlı rabitə, fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşlarının bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də rahat səs verməsi üçün hər cür şərait yaradılıb. Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi təmin olunacaq”.

Niyaz Əliyev qeyd edib ki, artıq 6319 seçki məntəqəsi seçkilərə tam hazırlıq vəziyyətinə gətirilib, 1000 seçki məntəqəsinə vebkameraların quraşdırılması təmin edilib.

Xəbər 1115 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +