Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


04.03.2024  07:44 

Nikki Heyli Respublikaçı Partiyanın praymerizində qalib gəlib





A+  A-

ABŞ-nin BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli hazırkı seçki dövründə ilk dəfə Respublikaçı Partiyanın praymerizində qalib gəlib.

Xəzərnews.az xəbər verir ki, Heylinin Kolumbiya dairəsindəki qələbəsi Amerikanın aparıcı KİV-i, o cümlədən “Associated Press”, “The Washington Post” və “The New York Times”, ABC və CNN televiziya kanalları tərəfindən bülletenlərin təxminən 99 %-nin işlənməsi əsasında proqnozlaşdırılır.

Onların hesablamalarına görə, Heyli dairədə ilkin səslərin təxminən 63 %-ni, onun rəqibi, ABŞ-nin keçmiş prezidenti Donald Tramp isə təxminən 33 %-ni toplayır.

Praymerizdəki bu qələbə Heylinin cari seçki kampaniyasında ilk qələbəsi idi. O, artıq ümumilikdə 43 nümayəndənin dəstəyini qazanıb. Tramp indiyədək 244 nümayəndənin səsini toplayıb. Bəzi KİV-in hesablamalarına görə, o, martın 12-dək Respublikaçı Partiyadan prezidentliyə namizəd kimi irəli sürülmək üçün tələb olunan səslərin sayını qazanacaq.//Report

Xəbər 919 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +