Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


01.06.2021  09:36 

Teymur Rəcəbov məğlub oldu





A+  A-

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirində final mərhələsinin oyunları keçirilir.
XəzərNews.az xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçüncü yer uğrunda rusiyalı Yan Nepomnyaşi ilə ikinci dövrədə üz-üzə gəlib. Qarşılaşma şahmatçımızın məğlubiyyəti ilə başa çatıb. Beləliklə, Teymur Rəcəbov mükafatçılar sırasına düşə bilməyib. Qeyd edək ki, birinci dövrənin oyunları heç-heçə ilə başa çatmışdı.

Turnirin qalibi adı uğrunda isə M.Karlsenin ABŞ şahmatçısı Uesli So ilə qarşılaşması davam edir. Şahmatçılar arasında keçirilən ikinci dövrənin oyunları da heç-heçə ilə başa çatdığı üçün rəqiblər tay-brekdə qarşılaşmanı davam etdirirlər.

“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Xəbər 1671 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +