Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


20.02.2024  11:16 

QƏZƏNFƏRİN PİŞİYİNİN DİRİLMƏSİ - Hekayə





A+  A-

Fazillə Qəzənfər tələbə yoldaşı olmuşdular. Universiteti bitirəndən sonra müxtəlif sahələrdə işlədiklərindən az-az görüşərdilər. Amma Fazil prokuror, Qəzənfərsə məhkəmə sədri olandan sonra əlaqələri möhkəmləndi, bir-birlərinə gedib-gəlməyə başladılar. Bir gün Fazil Novxanıdakı bağ qonşusunun bağını satmaq istədiyini eşidəndə, bunu Qəzənfərə dedi, onunla qonşu olmaq istədiyini bildirdi və Qəzənfər də buna evdə müzakirəyə çıxarandan sonra razılıq verdi. Beləliklə, iki keçmiş tələbə yoldaşı, iki həmkar, sonranın dostu qonşu oldular.

Fazilin bir oğlu, Qəzənfərin isə iki qızı var idi. Fazilin ailəsi nə qədər şənliyi, qonaqlı-qaralı olmağı sevən idisə, Qəzənfərin ailəsi bir o qədər ciddi, bütün məsəllələri diqqətlə ölçüb-biçən, mütaliə adamlarıydı. Fazilgilin iri, bahalı, atası alman, anası ingilis, xüsusi kitab-dəftəri olan bir itləri var idi. Adam baxanda səhm əylənən, ağzının yanlarından ət sallanan yarı ovçarka, yarı buldokun gözlərindəki qəzəb onunla əylənəndə də yox olmurdu. Qəzənfərin qızlarının isə qəşəng, mehriban, uzun, və pırpız tüklü yekə bir ağ pişikləri var idi. Demək olar ki, hər şənbə-bazar bu iki ailə bağa gələndə ən əsas dərdləri itin heç cürə dostlaşa bilmədiyi bu qəşəng pişiyi hər vəchlə ondan qorumaq olurdu. Birdən olurdu ki, Qəzənfərgilin pişiyi evdə qoyub harasa getmək məcburiyyəti yarananda, ailənin birinci işi pişiyi bərk-bərk Fazilgilə tapşırmaq olurdu.

Fazilgildə qonaqlıq olmalı idi. Təbii ki, Qəzənfərgil burada olacaqdılar, əgər onları getmələri vacib olan qohum toyuna dəvət etməsydilər. Fazilin qonaqları gəlməmiş Qəzənfərin ailəsi yalnız bu iki qonşunun istifadə etməsi üçün sonradan aralıq hasardan açılmış qapıdan keçərək üzürxahlıq edib toya getdilər və gedərkən Qəzənfər nə ehtiyac olarsa onlardan götürməyi də Fazilə deməyi unutmadı.

Çox keçmədi ki, prokurorla məhkəmənin bağının olduğu sahə şən musiqi və deyib-gülmək səsləri ilə yenidən qonum-qonşunun diqqət mərkəzinə çevrildi. Bu dəfə qonaqların sayı fikirləşildiyindən çox olduğundan, doğrudan da Qəzənfərgildən bəzi şeylər-stul, qab-qaşıq götürmək ehtiyacı yarandı. Təbii ki, heç vaxt haçarı-peçatı olmayan ara qapıdan keçərək nə lazımdırsa götürüldü. Hətta belə əşyaları götürənlərin diqqətindən qonşu həyətdəki əla hovuz da yayınmamışdı. Sərxoş qonaqlardan bəziləri Fazildən icazəsiz Qəzənfəri hovuzunun keyfini də çıxarmışdılar. Amma birdən məclisin ən şən vaxtı baş verən hadisə və Fazilin arvadının əzizi ölən adam kimi qışqırması hamını sakitləşməyə və diqqqəti bir nöqtəyə yönəltməyə vadar etdi. Qəzənfərgilin toza-torpağa bulaşmış pişiyi Fazilin itinin ağzındaydı və istifadə olunandan sonra örtülməsi möhkəm-möhkəm tapşırılan ara "kalitka" da açıq idi. Bir anlıq susqunluqdan ayılan millət itin üstünə töküldü. İt müqavimət göstərmədən özü pişiyi yerə qoydu. Pişiyi nə qədər ora-bura çevirsələr də, doğrudan çox gözəl, tüklü, ağ pişik gözlərini əbədi yummuşdu, pişik ölmüşdü. "Ay daad, it pişiyi boğub, biz qızlara nə cavab verəcəyik?", deyə Fazilin arvadı eyni sözləri təkrar edə -edə həyət aşağı, həyət yuxarı vurnuxurdu. Özünü itirən Fazil isə qapını açıq qoyan günahkarı axtarırmış kimi incik halda qonaqlarını süzərək sanki axırda tapmış kimi dilləndi:

- Həmişə pişiyi tapşırardılar, bu dəfə tapşırmağı da unutdular e.

Bir anlıq qonaqlıq sanki yasa dönmüşdü və bir də ayılanda Fazil gördü ki, hamı gedib və pişiyin başının üstündə elə bircə arvadı ilə oğlu, bir də özü dayanıb. Hər üçü günahgarcasına bir-birinə baxdılar. Bircə it tövrünü dəyişmədən biədəb şəkildə arxa yaqları üstə oturmuş, uzun dilini bayıra çıxararaq tövşüməkdə davam edirdi.

Özlərinə gələn ailə heç nə danışmadan necə etməli olduqlarını sanki anladılar. Tələsik pişiyi tozdan-torpaqdan təmizlədilər. Görünür pişik müqavimət göztərdiyindən it onu xeyli ora-bura vurmuş, ona görə pişik toz-torpağa bulaşmışdı. Həyətdə ağız deyəni qulaq eşitmədiyindən pişiyin qışqırtısını da duyan olmamışdı.

Pişiyi tər-təmiz elədilər, uzun, ipək kimi yumşaq tüklərini daradılar, Fazilin arvadının göz yaşlarından islanan tüklərini fenlədilər və aparıb çox vaxt altında mürgülədiyi tut ağacının altında oturtdular. Götürdükləri əşyaları qaytarıb yerinə qoydular, hovuzun ətrafını əvvəliki görkəminə saldılar və ara qapını bağlayıb bayaqdan vurçatlasın olan masada əyləşib Qəzənfərgilin gəlməsini gözlədilər. Qonşularının darvazalarının səsli açılması ilə hər üçü diksinib yerlərindən atıldılar, sanki ürəkləri qulaqlarında vururdu.

Gözlədikləri kimi oldu, aradan 3-4 dəqiqə keçməmiş qonşu həyətdən qışqırıq səsləri eşidildi. Fazilgil səsi sonradan eşidiblər kimi bir az gözlədilər. Qışqırıq kəsilmir, hasarın o tayındakılar sakitləşmirdilər. Məqamın yetişdiyini görən Fazilgil qapını açıb o tərəfə keçdilər. Qəzənfər pişikdən bir xeyli aralı dayanıb ancaq pişiyə baxır, gözləri bərəlmiş qadın və qızlar isə pişiyə yaxınlaşmağa ürək etmədən başlarını tutaraq qışqırırdılar.

Fazil Qəzənfərə, arvadı isə yoldaşına yaxınlaşaraq heç nədən xəbərsiz kimi nə olduğunu soruşdular. "Pişiyimiz dirilib, xala", deyə qızlar hədəqədən çıxmış gözləri ilə pişiyi göstərdilər.

Handan-hana məlum oldu ki, pişik əslində 3 gün əvvəl ölüb və ailə də gətirib pişiyi bağda basdırıb. Vəfalı it isə ondan həmişə qorunan qonşusunu sadəcə torpağın altından qazıb çıxarıbmış.

Zahir Məlikli

Xəbər 4359 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +