Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...


23.12.2019  13:48 

Sabah 15 dərəcə isti olacaq





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 24-nə olan hava proqnozunu açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaq.

Xəbər 1372 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +