Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


30.03.2020  13:17 

“Orduya çağırış ildə 2 dəfə olsun”





A+  A-

Milli Məclisdə hərbi xidmətə çağırışın müddətinin uzadılması barədə dəyişikliklər müzakirə olunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, deputat Ziyafət Əsgərov deyib ki, bu virusu hərbi hissələrə daşımaq olmaz: “Virus bir hərbi hissəyə keçsə, ordunun vəziyyətini düşünmək istəmirəm. Yadınızdadırsa, Çin dəmir intizamla bu virusla mübarizəni tənzimlədi. Amma Avropada rahat həyat tərzi vəziyyətin daha da pisləşməsinə səbəb oldu.

Koronavirus müharibəsində vətəndaşlar müəsuliyyətini beşqat artırmalıdır. Bəli, bu, müharibədir, koronavirus dünyaya müharibə elan edib. Bizim artıq iki düşmənimiz var, biri də Ermənistandır. Dəmir nizam-intizam olmasa, vəziyyət çox pis olacaq. Bəziləri düşünür ki, bu, adi qripdir də, gəlib keçəcək. Xeyr, nizam-intizam olmasa, gəlib keçməyəcək”.

Siyavuş Novruzov çıxışında deyib ki, artıq Azərbaycanın 2 yox, 3 düşməni var: “İkisini Ziyafət müəllim dedi. Amma üçüncü də sapı özümüzdən olan baltalardır. Xaricdə oturub internetdə Azərbaycan dövlətinin əleyhinə təbliğat aparırlar. Öz olduqları ölkədə evdən çölə çıxa bilmirlər, buradakı vətəndaşlara çağırış edirlər.

Bəzi təkliflərim də var, dünyanın heç bir yerində 4 dəfə çağırış yoxdur, hər yerdə iki dəfədir – yaz və payız çağırışı. O vaxt orduda insanlar çatışmırdı, tələbat var idi. Amma indi əhalinin sayı da artıb, ordunun şəxsi heyəti də. Biz bu məsələni də qanuna dəyişiklik edib qəbul etməliyik. İndi bizə 400 nəfər şikayət edir, onlardan 350-si tələb edir ki, məni niyə aparmırlar?!”

Xəbər 1842 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +