19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


26.02.2025  14:08 

Əziz Orucova HÖKM OXUNDU





A+  A-

"Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

XəzərNews.az xəbər verir ki, "Report"un məlumatına görə, Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, iki il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Əziz Orucovun iki il altı ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.

***

13:30

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XəzərNews.az apa-ya istinadən xəbər verir ki, bu gün Səbail rayon məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə Əziz Orucov dövlət ittihamçısı çıxış edib.

Prokuror ona 2 il 6 ay həbs cəzası istəyib.

Xatırladaq ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Bir qədər əvvəl 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.

Xəbər 1930 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +