Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur


20.10.2017  15:32 

2.9 milyardlıq artıma səbəb nədir?





A+  A-

Dövlət Neft Fondu aktivlərinin həcmini açıqlayıb. Məlum olur ki, oktyabrın 1-i tarixinə aktivlərin həcmi 36 milyard dolları keçib. Yola saldığımız 9 ay ərzində Fondun aktivləri $2,9 milyard və ya 8,7% artıb.
XəzərNews.az Milli.Az-a istinadən xəbər verir ki, maliyyə məsələləri üzrə iqtsadçı-ekspert Samir Əliyev bildirib ki, artımın əsas səbəbi ABŞ valyutasının digər valyutalara nəzərən ucuzlaşması ilə bağlıdır: "Artımın 44%-i Avropa valyutasının payına düşüb. Yanvar-sentyabr ayları ərzində avronun dollar qarşısında 12% bahalaşması Fonda dollar ifadəsində əlavə 1,3 milyard dollar qazanc gətirib. İngilis funtunun artıma töhfəsi 8% olub".

Onun sözlərinə görə, funtun ABŞ valyutasına nəzərən 8,6% bahalaşması nəticəsində aktivlərimiz 232,4 milyon dollar həcmində artırıb. Qızılın bahalaşması da aktivləri artırıb. Belə ki, 9 ay ərzində qızıl 12% bahalaşıb və yekun olaraq 133,3 milyon dollar gəlir gətirib. Artımın təxminən 57%-i bu 3 mənbənin payına düşüb: "Aktivlərin strukturunda diqqəti cəlb edən digər məsələ Fondun istiqrazlar və pul bazarları alətləri üzrə portfelinin 3,6%-nin qeyri-investisiya reytinqinə (buna "zibil" reytinqi də deyilir) düşməsidir. Digər məsələ isə Fondun istiqrazları və pul vəsaitləri orta və uzun müddətə yerləşdirməsidir ki, bu da gəlirliliyin artımına hesablanmış addım kimi qiymətləndirilməlidir”.

Xəbər 1909 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +