Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


25.01.2022  14:38 

Müsavatçı gənc polisə niyə çağrılıb?





A+  A-

Müsavat Partiyasının Gənclər Təşkilatının fəalı Əziz Məmiyev yanvarın 24-də sosial şəbəkələrdə tənqidi statusuna görə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə müsavatçı özünün “Facebook” hesabında yazıb.

Əziz Məmiyev bildirib ki, onu Cinayət Axtarış Şöbəsinin rəisinin və əməliyyat işləri üzrə rəis müavininin yanına aparıblar:

“Çağırılmağımın səbəbini soruşduqda dedilər ki, “Gmail”, “Facebook”, “Whatsap” hesablarıma kiberhücumlar haqqında şikayətlərimi araşdırırlar. Həmçinin polisin bununla heç bir əlaqəsinin olmadığını əlavə etdilər. Amma söhbət zamanı dedilər ki, idarəyə çağırılmağımın səbəbi tənqidi statuslarımdır. Bildirdilər ki, hakimiyyəti tənqid edirsən, bu, sənin öz işindir, ancaq diqqətli et və İlham Əliyevi söymə. Bundan sonra mənə “Tik-tok”dakı repostumu göstərdilər”.

Əziz Məmiyev deyib ki, “profilaktik söhbətdən” sonra ona “xəbərdarlıq” edilib və sərbəst buraxılıb.

O, hesab edir ki, polisə çağırılması siyasi motivlidir:

“Bunu ifadə azadlığına təzyiq kimi qiymətləndirirəm. Çünki “Tik-tok”dakı nəşr KİV-in videosunun repostu idi. Bu videoda söhbət hakimiyyət dəyişikliyindən gedirdi”.



Xəbər 1762 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +