Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


01.07.2024  11:39 

Evindən sürüklənərək çıxarılan qadın - “Zinət əşyalarım, pullarım dağıntılar altında qaldı“ - VİDEO





A+  A-

Bakının Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında söküntü işləri zamanı yaranan qalmaqalın bəzi detalları məlum olub.

Xəzərnews.az Bakupost.az-a istinadən xəbər verir ki, ev sahibi Afət Quliyevanın sözlərinə görə, "İbrahim Q" MTK tərəfindən aparılan söküntü işləri zamanı ona heç bir məlumat verilməyib və bununla bağlı məhkəmə qərar çıxarmayıb:

"Evdə tək idim, heç bir xəbərdarlıq olunmadan axşam saatlarında mənzilin elektrik enerjisini kəsdilər. Qonşularım enerjini bərpa etdikdən qısa müddət sonra 35 nəfərdən ibarət işçi qrupu traktorla vurub evi dağıtdılar. Məni isə sürüyərək döyə-döyə apardılar. Bütün zinət əşyalarım, pullarım dağıntılar altında qalıb".

Qonşular bildiriblər ki, altı il ərzində həmin evin qazı, işığı və suyu müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən kəsilirmiş.

Məsələ ilə bağlı "İbrahim Q" MTK-nın vəkili Yavər Yavərzadə bildirib ki, şirkət ev sahibəsi ilə ortaq məxrəcə gəlməyə çalışsa da, Afət Quliyevanın sərhədsiz tələblərinə görə bu baş tutmayıb:

"Həmin sakin 13,5 kvadratmetr sahədən ibarət mənzilin əvəzinə şirkətdən fantastik rəqəmlər tələb etdiyinə görə onunla indiyədək razılıq əldə olunmayıb. Şirkət yeni tikiləcək binada 50 kvadratmetr ölçüdə mənzil təklif edir və o zamanadək kirayə və təmir pulu tərəfimizdən təqdim olunur. Bununla razılaşmayacağı təqdirdə sahib olduğu sahənin əvəzinə bazar dəyərindən qat-qat artıq kompensasiya da təklif olunub. Bütün bunlara baxmayaraq həmin sakinlə razılıq əldə edə bilmirik. Üç ilə yaxındır ki, digər sakinlər kirayə yaşayırlar və bir nəfərin köçməməsi səbəbindən binanın inşasına başlaya bilmirik".

Daha ətraflı Real TV-nin süjetində:



Xəbər 40719 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +