“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


19.06.2019  08:43 

2 idmançımız Tunisdə dünya çempionu olub





A+  A-

Tunisin Hammamet şəhərində savat (Fransa boksu) döyüş növü üzrə dünya çempionatına yekun vurulub.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, kombat versiyası üzrə keçirilən mundiala 54 ölkədən 450 idmançı qatılıb.

Azərbaycan Şaolin və Savat Döyüş Sənətləri Federasiyasının prezidenti və millinin böyük məşqçisi Rafiq Əliyevin rəhbərliyi altında çempionatda ölkəmiz 3 idmançı ilə təmsil olunub. Bu növ üzrə milli komandamızın ilk dünya çempionatı olmasına baxmayaraq yığmamız uğurlu nəticəyə imza atıb.

Həmyerlilərimizdən Nurlan Qədimov (70 kq) və Tural Bayramov (85 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olublar. Hər iki idmançımız qalib olmaqla yanaşı, avqust ayında Cənubi Koreyada keçiriləcək döyüş növləri üzrə dünya oyunları və noyabr ayında Fransada baş tutacaq qala döyüşlərinə vəsiqə qazanıblar. Digər idmançımız Bəhruz Çıraqov isə (75 kq) üçüncü yeri tutub.

Xəbər 1533 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +