Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video
Trampdan İrana zərbə... - Fars körfəzinin adı dəyişir
Hindistan diplomatı Pakistan XİN-ə çağırılıb
Hacıqabulda bəzi əraziləri su basıb


15.04.2019  11:57 

Rusiyada sahibkarlarımız arasında atışma - Çürük kartofa görə





A+  A-

Rusiyanın Moskva vilayətində azərbaycanlı sahibkarlar güllələnib.
XəzərNews.az-ın “Moskovskiy komsomoleç”ə istinadən xəbərinə görə, insident təxminən ötən həftə Lenin rayonunda çürük kartofa görə baş verib.

Belə ki, 32 yaşlı Rəsul və Aqil adlı azərbaycanlı iki sahibkar “Fud Siti” bazarında digər azərbaycanlı sahibkara 300 min rubl ödəyərək 15 ton kartof alıb. Lakin kisələr maşına yüklənib boşaldılan zaman kartofların dondurulduğu və temperaturun yüksəlməsi nəyticəsində çürüməyə başladığı ortaya çıxıb.
Onlar bazara geri qayıdaraq həmin satıcını taparaq malı geri qaytarıb, pullarını tələb ediblər. Amma görüş yerində Rəqul və Aqili kişilərdən ibarət dəstə gözləyib. Kartofu satan sahibkar pulu qaytarmaq istəmədiyini deyəndə tərəflər arasında mübahisə başlayıb. Daha sonra atışma nəticəsində Rəsul qarnından, ortağı isə başından güllələnib.

Yaralanan şəxslər avtomobilə xəstəxanaya getmək qərarına gəliblər. Maşını idarə edən Aqil “Don” magistralında Rəsulun artıq nəfəs almadığını görüb. O, Lipetsk küçəsində avtomobili saxlayaraq təcili tibbi yardım xidmətinə zəng edib. Lakin həkimlər gələnə qədər Rəsul qanaxmadan vəıfat edib. Aqil isə xəstəxanaya yerləşdirilib.

Bir nəfəri öldürüb, digərini yaralayan şəxsin adının Taqil olduğu məlıum olub. O, axtarışa verilib.

Faktla bağlı qəsdən adamöldürmə və qanunsuz silahdan istifadə etmə maddələri üzrə cinayət işi açılıb.

Xəbər 1312 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +