Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video
Trampdan İrana zərbə... - Fars körfəzinin adı dəyişir
Hindistan diplomatı Pakistan XİN-ə çağırılıb
Hacıqabulda bəzi əraziləri su basıb
Sabiq deputat YAP-çı oldu


06.04.2019  14:29 

17 yaşlı oğlanın boynunu sındırıb zirzəmiyə atdı - Lənkəranda





A+  A-

Lənkəran şəhərində iki gəncin mübahisəsi dəhşətli cinayətlə nəticələnib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, rayonunda Digah kənd sakini 18 yaşlı Şamil Bağırov aralarında olan mübahisəni həll etmək üçün həmkəndlisi 17 yaşlı Əkbər Quliyevi kənddə yerləşən bir yarımtikiliyə çağırıb. Ş.Bağırov da ora gedib və mübahisə zamanı Əkbəri söyərək burnundan yumruqla vurub. Bundan əsəbiləşən Ə.Quliyev idman fəndi ilə Ş.Bağırovun boynunu sındırıb, daha sonra Şamilin əynindəki şalvarın belindən kəməri çıxararaq onu boğub. 17 yaşlı Əkbər həmkəndlisinin öldüyünə əmin olduqdan sonra meyiti həmin tikilinin zirzəmisinə atıb.

Bu hadisə martın 17-də baş verib, cinayətin üstü isə aprelin 5-də açılıb. Faktla bağlı Lənkərən şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Ə.Quliyev saxlanılıb.

Xəbər 1441 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +