Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib


08.09.2021  14:43 

Rus nazirin təlimdə həlak olmasının təfərrüatları məlum oldu





A+  A-

Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin xidməti vəzifəsini yerinə yetirərkən həlak olmasının təfərrüatları açıqlanıb.
XəzərNews.az-ın xəbərinə görə, “Rossiya Seqodnya” və “Russia today”in baş redaktoru Marqarita Simonyan öz Telegram-kanalında bildirib ki, hadisə şahidləri Norilskdə keçirilən təlimlər zamanı Yevgeni Ziniçevin operatorla birgə suyun kənarında dayandıqlarını deyiblər.

Onların sözlərinə görə, bu zaman operatorun ayağı sürüşüb və suya düşüb. Bunu görən Ziniçev operatoru xilas etmək üçün dərhal suya atlayıb. İlkin məlumata görə, Ziniçev suda olan daşa çırpılaraq həlak olub.

“İzvestiya”nın məlumatına görə isə, Ziniçev məşhur operator və kinorejissor Aleksandr Melniki xilas edərkən həlak olub. Lakin bu məlumat hələ ki, rəsmi olaraq təsdiq olunmayıb.

Qeyd edək ki, Yevgeni Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.



Xəbər 2334 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +