Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


07.05.2021  22:05 

ÜST daha bir peyvəndin istifadəsini təsdiqlədi





A+  A-

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin "Sinopharm" şirkətinin COVİD-19 əleyhinə hazırladığı vaksini təcili istifadə üçün tövsiyə olunan peyvəndlər siyahısına daxil edib.
XəzərNews.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda deyilir. Bildirilir ki, ÜST mütəxəssisləri vaksinin keyfiyyətini və təhlükəsizliyini qiymətləndirmək üçün onun istehsalı üzrə yoxlamalar aparıb:

"Mövcud bütün dəlillərə əsaslanaraq, ÜST 18 yaşdan yuxarı insanlar üçün 3-4 həftə aralığında iki dozada vaksin vurulmasını tövsiyə edir. Peyvəndin simptomları olan və xəstəxanaya yerləşdirilən xəstələr üçün 79 faiz təsirli olduğu təxmin edilir".

Eyni zamanda,ÜST 60 yaşdan yuxarı pasiyentlər üçün peyvəndin istifadəsini tövsiyə etməyib. Məlumata görə, bu yaş qrupunda dərmanın effektivliyi barədə hələ kifayət qədər məlumat yoxdur.

Xəbər 2349 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +