Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


05.05.2021  20:47 

ABŞ Avropada son 25 ilin ən böyük təlimlərinə başlayıb





A+  A-

ABŞ Estoniyada son 25 ildə Avropadakı ən böyük təlimlərinə başlayıb.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Esotniya Müdafiə Qüvvələrinin baş qərargahının mətbuat xidmətindən bildirilib. Məlumata görə, “Swift Response” adlanan təlimlər “ABŞ-ın Avropadakı “Defender Europe” manevrinin başlanğıcı hesab olunur.

Qərargahdan verilən məlumata görə, mayın 5-də Estoniya Müdafiə Qüvvələrinin mərkəzi poliqonunda ABŞ Ordusunun 41-ci səhra artilleriya briqadasının MLRS çoxsaylı raket sistemlərindən canlı atışı baş verib. Beş qurğu 10-dan çox raket atıb.

Mayın 7-də isə ABŞ-ın 82-ci Hava-Desant Bölməsinin hərbçiləri Yarva əyalətinin Nurmsi qəsəbəsindəki aerodroma eniş edəcəklər. Bundan əlavə, paraşütlə ağır texnika və avadanlıqlar atılacaq. Desantların əksəriyyəti Estoniyaya birbaşa ABŞ-dan, Şimali Karolinadan gələcəklər.

Mayın 8-də gecə-gündüz Amerika qoşunları Nurmsidən Mərkəzi poliqona hərəkət edəcək.

Təlimlər mayın 14-də başa çatacaq. Manevrlərdə Estoniya, ABŞ, Böyük Britaniya Müdafiə Qüvvələrinin təxminən 2,5 min hərbçisi, 20-dən çox təyyarə və 25 helikopter iştirak edəcək.

Xəbər 1845 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +