Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


04.03.2021  15:47 

“Ukrayna NATO-da olsaydı, Krım Rusiyanın bir hissəsi olmayacaqdı ”





A+  A-

“Ukrayna 2014-cü ildə ittifaqa üzv olsaydı, Krım Rusiyanın bir hissəsi olmayacaqdı”.
XəzərNews.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bu gün Brüggedəki Avropa Kollecində çıxışı zamanı deyib.

Ukraynanın 2014-cü ildə NATO üzvü olsaydı, Krımın Rusiya Federasiyasına birləşib-birləşməyəcəyi ilə bağlı sualını cavablandıran Stoltenberq “Mənim qısa cavabım budur ki, bu, baş verməyəcəkdi, çünki NATO-nun mövcudluğunun mahiyyəti hər müttəfiqi qorumaqdır. Bir müttəfiqə hücum olarsa, birimiz hamımız üçün və hamımız birimiz üçün prinsipi tətbiq olunur”,- deyə qeyd edib.

Stoltenberq NATO-nun vəzifəsinin münaqişələrin qarşısını almaq və sülhü təmin etmək olduğunu xatırladıb.

Ukrayna və Gürcüstanın NATO-ya mümkün üzvlüyündən danışan Baş katib, ittifaqın qapılarının açıq qaldığını qeyd edib.

“Bunun üçün Ukrayna və Gürcüstanın NATO standartlarına cavab vermələri lazımdır. Əsas mesajım budur ki, diqqətlərini qurumları modernləşdirməsi və korrupsiyaya qarşı mübarizə istiqamətində islahatlara cəmləsinlər. Biz onlara islahatlar aparmaqda kömək edirik”,- deyə Stoltenberq vurğulayıb.



Xəbər 2640 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +