Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


12.02.2024  21:45 

Ukrayna Azərbaycanlıları Radasında görüş... - Fotolar





A+  A-

Bu gün Ukrayna Azərbaycanlıları Radasının Baş katibi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov Ukrayna DESS-in sədr müavini İqor Lossovskyi ilə görüşüb.

Xəzərnews.az xəbər verir ki, Radanın ofisində baş tutan görüşdə tərəfləri maraqlandıran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

E.İbrahimov Ukraynanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak edən azərbaycanlıların mübarizəsindən, hərbi və texniki məsələlər istiqamətində Azərbaycan dövlətinin Ukraynaya yardımlarından söz açıb.

Ukraynanın enerji infrastrukturunun yaxşılaşdırılması istiqamətində Azərbaycanın fəal iştirakını təqdir edən İqor Lossovskyi müharibə dövründə ölkəmizin Ukraynaya humanitar yardımlarını yüksək qiymətləndirdiklərini qeyd edib.

Söhbət zamanı qeyd olunub ki, bu humanitar yardımların ümumi həcmi 34 milyon dollar civarındadır.

Görüşdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri barədə məlumat verən Elşad İbrahimov səsvermənin yüksək səviyyədə keçdiyini, soydaşlarımızın Azərbaycanın Ukraynadakı səfirliyində yaradılan məntəqədə səs verdiklərini bildirib.





Xəbər 1006 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +