Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


28.08.2023  17:53 

Multikulturalizm və tolerantlıq... - Filmin çəkilişlərinə başlanılıb





A+  A-

Azərbaycandakı multikulturalizm və tolerantlıq mühitini əks etdirən qısametrajlı filmin çəkilişlərinə başlanılıb.

Film Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanır.

Filmin çəkilişləri ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən qeyri-müsəlman dini icmalarının üzvləri Qubaya səfər ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov məlumat verib ki, “Müasir çağırışlar: Dinlərarası birgəyaşayış” mövzusunda çəkilən film Azərbaycanı müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanıtmaq məqsədi daşıyır. Film ingilis dilində dublyaj olunaraq, Avropa ölkələrində təqdim ediləcək.

Çəkilişlər Qubadakı Cümə məscidində və dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədəki Giləki sinaqoqunda, Xaçmaz şəhərindəki “Müqəddəs möcüzəvi Nikolay” kilsəsində və başqa məkanlarda aparılacaq. 15-18 dəqiqəlik film sentyabr ayı ərzində təqdim ediləcək. /AZƏRTAC





Xəbər 1053 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +