Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


02.11.2021  11:09 

Bir ayda 13 min 513 müraciət - Çox deyil?





A+  A-

Oktyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 min 513 müraciət daxil olub.

XezerNews.az İdarəyə istinadən xəbər verir ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll edilib.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-0 nömrəli) 10 min 725 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 136 vətəndaşın videoqəbul formatında müraciəti daxil olub.

Ötən ay BŞTİ-yə 2 min 207 sənəd (vətəndaşlar tərəfindən 643 ərizə, Təhsil Nazirliyindən 281, digər qurumlardan 225, məktəblərdən 732 məktub, 204 strukturdaxili yazışma və 122 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 445 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.

Xəbər 1303 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +