Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


20.08.2021  11:18 

Peyvənd olunanlardakı ağırlaşmanın faizi açıqlandı





A+  A-

“Bəli, xəstəlik artır. Vətəndaş xəstəxanaya müraciət etməyə ehtiyac duyur. Bu gün vaksin vurdurmaqdan çəkiniriksə, xəstəliyə yoluxan insanların hansı problemlərlə üzləşdiyini daha yaxşı bilirik”.
XəzərNews.az xəbər verir ki, bunu TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, həmin şəxslər bir çox dərman preparatını qəbul etməli olur: “Biz mart ayından olan statistikanı qeyd edə bilərik. Reanimasiyaya düşən xəstələrin arasında 96 faiz peyvənd olunmayanlardır.

Süni tənəffüs aparatına qoşulanların da 97 faizi vaksin olunmayanlardır. Vəfat edənlər arasında 99 faiz vaksin olunmayanlar aşkarlanır. İlk gündən bilirik ki, peyvənd yüz faiz effektli deyil. Vaksinasiya olunmuş şəxslərin 0,6 faizində kritik vəziyyət müşahidə olunub”.

Onun sözlərinə görə, bu günə qədər 6 milyona yaxın doza vurulub: “Bunu əhalinin sayından faiz olaraq çıxarırlar. Ancaq bizə iki doza vuran əhalinin əmsalı lazımdır. Bu da ki, hazırda 24 faiz təşkil edir. Bəzi xoşagəlməz hərəkət edən tibb işçiləri bizim əziyyətlə işləyən tibb işçilərinin əməyinə kölgə sala bilməz”.

Xəbər 2629 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +