Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


23.06.2021  12:38 

FHN-dən anomal istilərlə bağlı xəbərdarlıq





A+  A-

Fövqəladə Hallar Nazirliyi anomal isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
XəzərNews.az xəbər verir ki, müraciətdə deyilir:

“Hazırda ölkə ərazisində hökm sürən anomal isti hava şəraitinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə yaxın günlərdə də davam edəcəyi, temperaturun bəzi yerlərdə 44 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur”.

Xəbər 1922 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +