Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


25.05.2021  16:34 

Liseylərə qəbul üçün elektron qeydiyyat başladı





A+  A-

Bu gündən 2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki lisey siniflərinə qəbul üçün elektron qeydiyyat başlayıb.
İdarədən XəzərNews.az-a verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə şagird qəbulu üçün ərizələrin elektron qeydiyyatı sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

Bunun üçün valideyn (və ya qanuni nümayəndə) sy.edu.az elektron sisteminə daxil olaraq müvafiq bölmədə özü və övladı haqqında tələb olunan məlumatları qeyd etməli, şəxsi səhifə yaratmalı və seçdiyi liseyə sorğu yerləşdirməlidir. Elektron qeydiyyat iyunun 5-də başa çatacaq.

Qeydiyyatdan keçirilmiş şagirdlər müvafiq liseylərə qəbul olunmaq üçün müsabiqədə iştirak edəcəklər. BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunacaq müsabiqədə şagirdlər təlim dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

Müsabiqənin 16 iyun (6-cı sinfə qəbul), 17 iyun (V sinfə qəbul), 18 iyun (VII sinfə qəbul), 21 iyun (VIII və IX siniflərə qəbul) tarixlərində təşkil olunması nəzərdə tutulur.



Xəbər 2329 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +