Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


06.05.2021  11:43 

Sənubər İsgəndərli yenə TƏBİB-i tənqid etdi





A+  A-

Əməkdar artist Sənubər İsgəndərli bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirəcəyi brifinqlə bağlı TƏBİB-ə müraciət edib.
XəzərNews.az xəbər verir ki, aktrisa sosial şəbəkədə status yazaraq teatrların 1 ildən çoxdur bağlı qalmasına etiraz edib.

İsgəndərli heç olmasa tamaşaların məşqlərinə icazə verilməsini təklif edib: “Deyilənə görə, brifinq olacaq. TƏBİB-də kimin teatrla maraqlanıb- maraqlanmadığını, sevib-sevmədiyini bilmirəm. Soruşanda deyəcəklər ki, vaxt var? Bizdə mədəniyyət sahəsinə onsuz da çoxunun vaxtı, marağı yoxdur. Amma bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və yolunu gözləyən, sevən tamaşaçılar var.

Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, bu, teatr sənətinin məhvi olacaq. Demirəm, teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin. Onsuz da bu, mümkün də deyil. Amma yeni tamaşaların məşqinə başlaya bilərdik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək. Ümid edirəm ki, TƏBİB bunları nəzərə alacaq”.

Xəbər 2161 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +