Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


07.03.2025  14:32 

“Kupça” adı altında dələduzluq... - SAXLANILDI





A+  A-

Qaradağ rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən və mağazalardan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə XəzərNews.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən Nahid Quliyev tutulub. Araşdırma zamanı müəyyən edilib ki, N.Quliyev tanışına məxsus torpaq sahəsinə və fərdi evə çıxarış almağa kömək edəcəyi vədi ilə onun 8400 manat pul vəsaitini ələ keçirib. Həmçinin o, icarəyə götürdüyü “Hyundai” markalı avtomobili satacağına dair yalan vəd verərək beh adı ilə digər bir şəxsin 5100 manatını alıb. Onun rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində 2 müxtəlif mağazaya müştəri kimi daxil olmaqla oğurluqlar etməsi və nəticədə zərərçəkənlərə 4287 manat maddi ziyan vurduğu da müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

Xəbər 1423 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +