Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


27.02.2025  14:06 

Əfv siyahısında kimlər var?





A+  A-

"Tərəfimizdən təqdim olunan siyahıda adı olan insanların əfv sərəncamına düşməsi üçün əlimizdən gələni edirik".

XəzərNews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O, artıq siyahının Əfv Məsələləri üzrə Dövlət Komissiyasına təqdim edildiyini xatırladıb:

"Novruz bayramında əfv sərəncamını gözləyirik. Bu gün komissiyanın ikinci iclası keçiriləcək. Siyahımızı artıq təqdim etmişik. Siyahıda təxminən 40-a yaxın ad var. Onların arasında OMON-çular (Xüsusi Təyinatlı Polis Dəstəsi), jurnalistlər, blogerlər, Nardaran məsələsi ilə bağlı həbs olunan və s. yer alır. Nardaran prosesi ilə bağlı həbs olunanların həbs müddəti başa çatmaq üzrədir. Bəzilərinin azadlığa çıxmasına iki ilə yaxın vaxtı qalır”.

"Biz hamını müdafiə edirik. Sadə insanların hüquqlarını daha çox qoruyuruq. Əfv sərəncamında həmişə sadə insanların adları olur", - deyə hüquq müdafiəçisi bildirib.

Xəbər 4832 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +