Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir


23.11.2018  16:09 

“Yolun tikintisi 2021-ci ildə başa çatacaq” - Nazir





A+  A-

Gəncədən Gürcüstan sərhədinədək müasir standartlara cavab verən avtomobil yolunun tikintisi 2021-ci ildə başa çatacaq.
XəzərNews.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit potensialına dair bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Gürcüstan tərəfində də bizim sərhədə kimi olan yol eyni səviyyədə qurulur:” Belə ki, Bakıdan Batumiyə kimi müasir standartlara cavab verən yol 2021-ci ildə hazır olacaq. Şimal istiqamətində ikinci yol 2020-cu ildə istifadəyə veriləcək. Beləliklə şimal sərhədlərindən cənub sərhədlərinə kimi müasir A kateqoriyalı yol istifadədə olacaq”.

Nazir vurğulayıb ki, Azərbaycan Ermənistanı regiondakı bütün nəqliyyat layihələrindən təcrid edib.

Ş.Mustafayev həmçinin bildirib ki, bu il Azərbaycandan keçən nəqliyyat yükləri 10 mln ton təşkil edib: “Bu yüklərin 2 mln ton qeyri-neft, qalanı isə neft məhsulları təşkil edir.

Daşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% artım olub. Şimal - Cənub nəqliyyat dəhlizi vasitəsilə isə 100 dəfəyə yaxın artım olub”.

Xəbər 1475 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +