Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir


22.11.2018  11:06 

Vəkil olmaq istəyənlər dekabrın 23-də imtahan verəcək





A+  A-

Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul olunması ilə bağlı keçiriləcək imtahanın vaxtı müəyyənləşib.
XəzərNews.az-ın kollegiyaya istinadən verdiyi xəbərə görə, Dövlət İmtahan Mərkəzi ilə əldə olunan razılığa əsasən ixtisas imtahanlarının yazılı test mərhələsi dekabrın 23-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcək.

İmtahanda iştirak etmək istəyən şəxslər dekabrın 20-dək Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.

İmtahan mərkəzindəki kompüterlərin sayı nəzərə alınaraq Mərkəzdə 180 nəfərədək namizəd imtahan verəcək. Bu səbəbdən daxilolma tarixi üzrə ərizələri qəbul olmuş ilk 180 namizəd imtahana buraxılacaq.

Dekabrın 23-dəki imtahana buraxılmamış şəxslər ardıcıllıqla növbəti aylarda keçiriləcək imtahanlarda iştirak üçün dəvət olunacaqlar.

Bundan öncəki (yanvarın 28-də keçirilən) imtahandan keçə bilməyən şəxslər bu dəfə imtahanda iştirak edə bilməzlər.

Xəbər 1557 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +