Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir


02.07.2018  15:06 

Polis İdarəsinin həyətində çantası oğurlandı





A+  A-

Bakı şəhər sakini Müşfiq Əsgərzadənin içində pul və mobil telefon olan çantası Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin yerləşdiyi ərazinin həyətindən oğurlanıb.
XəzərNews.az-ın məlumatına görə, o, bununla bağlı “Qafqazinfo”ya müraciət edib. M. Əsgərzadə bildirib ki, iyulun 1-də günortda saatlarında Karl Marks heykəlinin yanında zəncirvari qəzaya düşüb: “5 maşın toqquşdu və mənim avtomobilim də yararsız vəziyyətə düşdü. İçindən şəxsi əşyalarımı birtəhər götürüb Bakı şəhər Baş Polis İdarəsinə yollandım. Həyətdə ailə üzvlərimlə telefonda danışırdıq. Bu zaman çantamı yol polislərinin maşının yanına qoydum. Az sonra götürmək istəyəndə çanta yerində deyildi. Dərhal “102” xidmətinə zəng vurdum. Maraqlısı budur ki, çantanı qoyduğum ərazi kameraya düşmür. Ərizə yazdım ki, naməlum şəraitdə itib. İçində 200 manat pul, 300 manat məbləğində isə əşyalarım var idi. Dedilər ki, ayın 3-də idarəyə gəl, məsələni araşdıraq”.

Sayt məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Əsədovla əlaqə saxlayıb. O məsələdən xəbərdar olmadığını və vətəndaşın idarəyə müraciət etməli olduğunu vurğulayıb.

Xəbər 1218 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +