İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


14.03.2025  12:38 

Orta illik inflyasiya 2,2% olub - Baş nazir





A+  A-

2024-cü hesabat ilində ölkəmizdə 126.3 mlrd. manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 4,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

XəzərNews.az xəbər verir ki, musavat.com-un məlumatına görə, bunu Milli Məclisdə Nazirlər Kabinetinin ötənilki hesabatını təqdim edərkən Baş nazir Əli Əsədov deyib.

Hökumət başçısı bildirib ki, 2024-cü ildə ÜDM istehsalı neft-qaz sektorunda 0,3%, qeyri neft-qaz sektorunda isə 6,2% artıb. Həmçinin qeyri neft-qaz sənayesində 7,3% artım olub. Əhalinin hər nəfərinə düşən ÜDM isə 3,6% artaraq 12,4 min manat (7,3 min ABŞ dolları) təşkil edib.

“2024-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 47.4 mlrd. ABŞ dollarına çatmış, müsbət ticarət saldosu 5.3 mlrd. dollar olub. Qeyri-neft ixracı 3,3 mlrd. dolları üstələmişdir”, - Əli Əsədov deyib.

İllik hesabatda bildirilib ki, 2024-cü ildə ölkənin strateji valyuta ehtiyatları 2.5 mlrd. dollar (və ya 3.7%) artaraq 71 mlrd.dollar (hazırda 73 mlrd.dollar) təşkil edib və xarici dövlət borcunu 14 dəfə üstələyir. İlin sonuna xarici dövlət borcunun məbləği 20,6% azalaraq 5,1 mlrd. dollar olub və ÜDM-in cəmi 6,9%-ni təşkil edib.

Baş nazir qeyd edib ki, hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyi, makro-fiskal və monetar siyasətlə bağlı qərarlar inflyasiyaya azaldıcı təsir edib:

“Hesabat ilində illik inflyasiya hədəf diapazonu daxilində olub. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4,9%, orta illik inflyasiya isə 2,2% olub”.



Xəbər 1485 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +