Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


08.09.2021  21:56 

Dövlət büdcəsində COVID-19-la bağlı risklər açıqlandı





A+  A-

COVID-19 pandemiyasına qarşı aparılan effektiv və səmərəli vaksinasiya prosesi, bu sahədə düzgün dövlət siyasəti, tədricən qapanmaların aradan qaldırılması, iqtisadiyyatı stimullaşdırma tədbirləri və bu kimi digər amillər fonunda ölkəmizdə iqtisadi canlanma müşahidə edilməkdədir.
XəzərNews.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Bildirilib ki, qeyd edilən bütün müsbət tendensiyalara baxmayaraq, hələ də pandemiyanın yeni daha yüksək yoluxdurma sürətinə malik olan ştammlarının yayılması, virusun mutasiyası ilə bağlı risklər yüksək olaraq qalmaqdadır və 2022-ci ildə və ortamüddətli dövrdə dövlət büdcəsi üçün əsas çağırışlardan biri kimi aktuallığını itirmir.

Pandemiyanın növbəti dalğalarının baş verməsi növbəti illərdə səhiyyə və digər sahələrdə zəruri tədbirlərin həyata keçirilməsi üçün əlavə vəsaitlərə ehtiyac yarada bilər ki, bu da öz növbəsində büdcənin xərc strukturuna yenidən baxılması, o cümlədən, qaçınılmaz xərc ehtiyaclarının mövcud ehtiyatlar və ya əlavə borclanma hesabına təmin olunması zərurətini ortaya çıxara bilər.

Digər tərəfdən, pandemiya ilə mübarizə çərçivəsində sərhədlərin qismən qapalı saxlanılması, beynəlxalq uçuşların bərpa olunmaması ictimai iaşə, turizm və nəqliyyat kimi sektorlara mənfi təsir etməklə bu sektorlardan əldə olunan qeyri-neft gəlirlərinin proqnozlaşdırılan səviyyədən az icrası riskini yaradır.

Bu baxımdan da pandemiyanın ölkə iqtisadiyyatına və dövlət büdcəsinə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün müvafiq tədbirlərin davam etdirilməsi məqsədilə növbəti illərin dövlət büdcəsinin səhiyyə xərclərində məqsədli vəsaitlərin ayrılması nəzərdə tutulub.



Xəbər 3071 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +