Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


04.09.2021  09:17 

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır





A+  A-

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır.
XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub.

Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasının şiddəti ilə düz mütənasibdir.

Tədqiqat 2020-2021-ci illərin mart ayları arasında COVID-19 diaqnozu qoyulan 90 minə yaxın və diaqnoz qoyulmamış 1,7 milyon insan üzərində aparılıb.

Qeyd olunub ki, COVID-19 keçirən insanların infeksiyadan 1-6 ay sonra böyrək çatışmazlığı, ya da böyrək funksiyalarında azalma yaşama riski digərləri ilə müqayisədə 35 faiz daha yüksəkdir.

Koronavirus keçirməmiş şəxslərlə müqayisədə, xəstəliyi yüngül keçirənlərin xroniki böyrək çatışmazlığı riskinin 15, kəskin böyrək çatışmazlığı riskinin 30, “son mərhələ böyrək çatışmazlığı” riskinin isə 215 faiz artdığı müəyyənləşdirilib.

Xəstəliyi ağır keçirənlərdə risk artır, virus səbəbindən reanimasiyada qalanlarda COVID-19 keçirməmiş şəxslərlə müqayisədə, xroniki böyrək xəstəliyi riski yeddi dəfə, kəskin böyrək çatışmazlığı riski səkkiz dəfə, “son mərhələ böyrək çatışmazlığı” riski isə 13 dəfə artır.

Vaşinqton Universitetinin mütəxəssisləri vurğulayıblar ki, araşdırma koronavirus keçirmiş şəxslərdə böyrək funksiyalarına nəzarət etməyin vacibliyinə işarə edir.

Alimlər pandemiyanın başlamasından bəri koronavirusa yoluxma diaqnozu qoyulan 38 milyon insanın 510 mininin böyrək xəstəliyinə tutulacağını güman edirlər.

ABŞ Milli Böyrək Vəqfi böyrək xəstəliklərinin adətən simptom göstərməməsi barədə xəbərdarlıq edir, böyrək problemləri olan şəxslərin 90 faizinin vəziyyətdən xəbəri olmadığına diqqət çəkirlər.

Xəbər 2301 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +