Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


16.01.2020  16:49 

Rusiya Duması Mişustini Baş Nazir vəzifəsinə təsdiqlədi





A+  A-

Rusiya Dövlət Dumasının deputatları Mixail Mişustinin Baş Nazir vəzifəsinə namizədliyini təsdiqləyiblər.
XəzərNews.az xəbər verir ki, 383 nəfər onun lehinə səs verib, 41 nəfər bitərəf qalıb. Əleyhinə isə səs verən olmayıb.

Səsvermədə Konstitusiyaya dəyişiklik təkliflərini hazırlamaq üçün işçi qrupun iclasında iştirak etdikləri üçün 12 deputatın olmadığı qeyd olunur.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti istefaya göndərib. Görülən işlərə görə Medvedevlə komandasına təşəkkür edib və yeni bir kabinet formalaşana qədər vəzifələrini yerinə yetirməyi tapşırıb.

Dmitri Medvedev hökumətin istefasını elan etdikdən sonra vəzifə boş qalıb. Putinin təşəbbüsü ilə o, Prezidentin başçılıq etdiyi Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini icra edəcək.

Xəbər 1628 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +