Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


11.06.2019  10:21 

Honkonqda 1 milyondan çox insan küçələrə çıxdı





A+  A-

Çinin Honkonq xüsusi inzibati rayonunda 1 milyondan çox insan ədalətdən gizlənən şübhəli şəxslərin ekstradisiyası haqqında qanunda düzəliş edilməsinə etiraz olaraq aksiyalara başlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “South China Morning Post” təşkilatçılara istinadən məlumat yayıb.

Məlumata görə, geniş toqquşmalar baş verməyib. Polis 7 nəfəri saxlayıb, gözyaşardıcı qazdan istifadə edib.

Nəşr qeyd edir ki, Honkonq Çin, Makao və Tayvanla materik ekstradisiyası haqqında razılaşmaya qoşulmayıb. Hazırda dövlət rəsmiləri bununla bağlı qanun layihəsi hazırlayır ki, bu da 12 iyunda qüvvəyə minə bilər.

Qanuna əks olanların fikrincə, layihənin qəbulu Honkonqun “muxtariyyətinin ölümü” deməkdir. Onlar qanunun insan haqları uğrunda mübarizə aparan və aparacaq istənilən fəala da şamil olunacağını düşünürlər. Bu isə ölkədə söz azadlığının boğulmasına gətirib çıxara bilər.

Xəbər 1329 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +