Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


08.06.2019  17:39 

13 yaşında həbs edilən Murtaza edam olunacaq





A+  A-

Səudiyyə Ərəbistanı rəhbərliyi “üsyan bə terrora təşəbbüs” ittihamı üzrə 13 yaşında həbs edilən Murtaza Qureirisi edam etməyə hazırlaşır.
XəzərNews.az “CNN”ə istinadən xəbər verir ki, 5 ildir həbsxanada saxlanılan Qureirisin Səudiyyə qanunlarına əsasən edamı gözlənilir. Murtuza 10 yaşında olarkən “Ərəb baharı” etiraz dalğası zamanı qardaşının təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinə etiraz olaraq aksiyaya qoşulub. Velosipedlə aksiyada iştirak edən Qureiris aksiyadan 3 il sonra ailəsi ilə Bəhreynə gedərkən tutulub. O, polis bölməsinə “Molotov kokteyli” atmaq, terror təşkilatına üzv olmaq, aksiyalarda şiddətə meyillənmək, qardaşının dəfnində yürüş təşkil etmək və xalqı üsyana təhrik etmək cinayət maddələri üzrə günahkar bilinir.

Hazırda 18 yaşı olan və 5 illik həbs müddətinin 2 ilini təkadamlıq kamerada ağır işgəncə və stress altında keçirən Murtaza ona qarşı irəli sürülmüş ittihamları rədd edir.

Birləşmiş Millətlər Təşkilatının Qanunsuz həbslər üzrə İşçi Qrupunun Qureirisin 2016-cı ildə tutulması ilə bağlı hazırladığı məruzədə onun dinc nümayişlərə qatılmasına baxmayaraq, işgəncəyə məruz qalması, müxtəlif cinayətləri boynuna almağa məcbur edilməsi və həbsinin qanunsuz olduğu yazılıb.

Murtazanın 2011-ci ildə qatıldığı aksiyada iştirak edən səudiyyəli fəal Muhammed Daman açıqlamasında etirazların dinc xarakter daşıdğını və sözügedən videolarda Səudiyyə hökumətinin iddia etdiyi kimi zorakılığa yol verilmədiyini bildirib. Daman hökumətin bu aksiyaları qəsdən terror aksiyaları ilə əlaqələndirərək hökumət əleyhinə çıxan şəxsləri yox etməyə çalışdığını deyib.

Xəbər 1333 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +